Balaeli и Aydin Sani – Gunahkar Текст


Язык песни: Азербайджанский

Balaeli и Aydin Sani – Gunahkar Текст

Günahkar – Sözlər (Lyric)

(Aydın Sani)
Sən gedəndən ey yar
Gözüm qalıbdı sənin yollarında
Şərtdirsə can vermək
Verim o canı sənin qollarında

(Balaəli)
Bitsin intizarım vüsalın ətiri gəzir tellərində
Gəl tut əllərimdən qalmışam onun bunun əllərində
Bilirsən ki

(Aydın Sani)
Səndən uzaqlarda yamandır halım
Heç xəbərin varmı məndən ey zalım
Nədir axı dərdin dərdini alım
Gəl nə olar ki

(Balaəli)
Gəl barışaq nə olar gəl barışaq yarım
Məndə günahkaram səndə günahkarsan
Gəl oturaq sənlə razılşaq yarım
Məndə günahkaram səndə günahkarsan

(Aydın Sani)
Sən mənim canım gəl
Çıxaq bu ayrılığın kölgəsindən
Neynəyim ki tapmır rahatlığı
Ruhum bir özğəsindən

(Balaəli)
Qaranlıq otağda yoruldum
Artıq əqrəbin səsindən
Bezmişəm hicranın içimdə
Boğulan ahı naləsindən
Yaman darıxıram

(Aydın Sani)
Gəl ki bu illərimiz getmiyə badə
Varlığın hər şeydi mənə dünyadə
Sənli o günlərimi salıram yadə
Gəl mənə pe görüm