Arif Selimov – Neyime gerek Текст


Язык песни: Азербайджанский

Arif Selimov – Neyime gerek Текст

(Bənd)
Sevgi təmizdir,sevgi əzizdir
Mən səni sevirdim təmiz sevgi ilə
Hər dəfə sən onu tapdalayardın
Mən isə çarəsiz qalan sevgimi
Körpə uşaq tək qucaqlayardım.

Bu sevgidən bir ocaq yandırdım
Odu alışmadı alov tutmadı
Axı yanmayan ocaq nəyimə gərək
Mən yenicə oddan çıxmış biriyəm
Ürəyim yanıbdı nakam sevgidən.

(Nəqarət)
Nəyimə gərək,nəyimə gərək
Bu nakam sevgi nəyimə gərək
Nəyimə gərək,nəyimə gərək
Bu nakam sevgi nəyimə gərək.

(Bənd)
Özündə bilirsən yox artıq çarə
Ürəyimdən çıxarmışam səni mən
İndi öz evim var öz ocağım var
Ocağımı yandıran qəlb ortağım var
Qəlb ortağıma çox aşiqəm mən.

(Nəqarət)

Aşiqəm mən aşiqəm mən
Qəlb ortağıma çox aşiqəm mən
Aşiqəm mən aşiqəm mən
Qəlb ortağıma çox aşiqəm mən.
Nəyimə gərək nəyimə gərək
Bu nakam sevgi nəyimə gərək
Nəyimə gərək nəyimə gərək
Bu nakam sevgi nəyimə gərək