Zeyneb Heseni – Ag Goyercinim Текст


Язык песни: Азербайджанский

Zeyneb Heseni – Ag Goyercinim Текст

Vurğunuyam dağ dərənin
Gördüyüm hər mənzərənin
Qarşısında pəncərənin
Dənlənirdi bir ağ göyərçin

Əllərimi uzatdıqca
Xoş ünsiyyət yaratdıqca
Su verdikcə dən atdıqca
Şənlənirdi bir ağ göyərçin

Uçdu hara ağ göyərçinim
Bəxdi qara ağ göyərçinim
Uçdu getdi qayıtmadı
Qayıtmadı ağ göyərçinim

Könlüm onu unutmadı
O könlümü ovutmadı
Uçdu getdi qayıtmadı
Qayıtmadı ağ göyərçinim

Gözəlliyi harasında
Gözlərinin qarasında
Buludların arasında
Gizlənirdi ağ göyərçin

Uzağdan atmasaydılar daş
Gözlərində olardımı yaş
Bu təkliyə yavaş yavaş
Öyrənirdi bir ağ göyərçin