Zamina Ragim – Xoşum Gelir Текст


Язык песни: Азербайджанский

Zamina Ragim – Xoşum Gelir Текст

Mahnı Sözleri

Bu dünyada bil ki, gülüm,
Təkcə səndən xoşum gəlir.
Bu dünyada bil ki, gülüm,
Təkcə səndən xoşum gəlir.

Nəqərat:
Ay incəbel, siyahtelli,
Təkcə (Bircə) səndən xoşum gəlir.

Qılıncını azca əsdir,
Al canımı, daha bəsdir.
Yığılsa da Leyli, Əsli,
Təkcə səndən xoşum gəlir…

Bu nə işvə, bu nə nazdır,
Eşqin günəş, qəlbim yazdır.
Gündə min yol desəm azdır,
Təkcə səndən xoşum gəlir.
Gülüm, səndən xoşum gəlir.
Bil ki, səndən xoşum gəlir.

Bu nə işvə, bu nə nazdır,
Eşqin günəş, qəlbim yazdır.
Gündə min yol desəm azdır,
Təkcə səndən xoşum gəlir.
Bil ki, səndən xoşum gəlir.
Gülüm, səndən xoşum gəlir.

Üzün səhər, saçın gecə,
Bu ellərdən keçə-keçə.
Harda olsam – Bakı, Gəncə,
Təkcə səndən xoşum gəlir.
Üzün səhər, saçın gecə,
Bu ellərdən keçə-keçə.
Harda olsam – Bakı, Gəncə,
Təkcə səndən xoşum gəlir…