Uzeyir Mehdizade – Atam Menim Текст
Uzeyir Mehdizade – Atam Menim Текст
Səhər axşam ailəsini yadına salan
Biz istidə qalanda soyuqda qalan
Çətin zamanlarda soyuq qanlı olan
Gizlində yanan alışan Atam mənim
Olanlar ilə barışan Atam mənim
Hər bir zəhmətə alışan Atam mənim
Böyük kimi hər zaman yerin görünür
Bizimlə gülən danışan Atam mənim
Bizi yaşadıb özü isə bir gün görməyən
Dərdini sirrini heç kimə verməyən
Çətinliyi olsa onu bildirməyən
Hər an gizlətməyə çalışan Atam mənim
Qüssə qəmi bizdən uzaq etmək üçün
Çox vuruşub canımızı sağ etmək üçün
Bizi yaşadıb üzümüzü ağ etmək üçün
Toza torpaqa qarışan Atam mənim