Servet Esed – Neden Oldu Текст
Servet Esed – Neden Oldu Текст
„Nədən Oldu” Sözləri
[Bənd 1]
Əllərini üzüb məndən,
Yarım birbaş gədən oldu.
Can deyib, can eşidərdik
Bu ayrılıq nədən oldu?
Qızılgüləm, dəstəyəm mən,
Bülbüləm, qəfəstəyəm mən.
Gəzirəm mən qəmli-qəmli,
Görən deyir xəstəyəm mən.
[Nəqarət]
Yandı ürək yaman oldu,
Gül bağçamda xəzan oldu.
Mən ki səndən ayrılmazdım,
Bu ayrılıq nədən oldu.
[Bənd 2]
Bu həsrətdən, bu möhnətdən
Gözümün yaşı dən-dən oldu
Amma səndən ayrı gəzən,
Ürək deyil bədən oldu.
[Nəqarət]
Yandı ürək yaman oldu,
Gül bağçamda xəzan oldu.
Mən ki səndən ayrılmazdım,
Bu ayrılıq nədən oldu.