Röya – Zülmətəm Текст
Röya – Zülmətəm Текст
Sözlər:
Sənsiz mən zülmətəm, gözümün işığı!
Amma sən üzülmə həyatın işi bu!
Gözlərinin yaşılı, saçının sarısı…
Mənim qaranlığıma bu iki rəng yaraşır!
Sən işıqsan, mən zülmətəm,
Dözürəm sənsiz zülmə tək.
Bu həyatda çarə yoxdu –
Sənsizliyə və ölümə tək!
Sən işıqsan, mən zülmətəm,
Baxmır daha üzün mənə,
Demirəm ki, üzül mənə,
Amma sənsiz düzəlmərəm…
Sən demə doğrularım yalanmış,
İşıqlı yollarım qaranlıq dalanmış,
Hisslər bu ürəyin xəzinəsidir,
Amma ki… o xəzinə daha talanmış…
Sən demə qəlbim ona inanmış,
Göyərçin sandığım demə ilanmış,
Bu həyatda insanın tək düşməni
Birinə kor-koranə inammış…
Sənsiz mən zülmətəm, gözümün işığı!
Amma sən üzülmə həyatın işi bu!
Sən işıqsan, mən zülmətəm,
Dözürəm sənsiz zülmə tək.
Bu həyatda çarə yoxdu –
Sənsizliyə və ölümə tək!
Sən işıqsan, mən zülmətəm,
Baxmır daha üzün mənə,
Demirəm ki, üzül mənə,
Amma sənsiz düzəlmərəm…