Nuran – Çağır məni Текст


Nuran – Çağır məni Текст

Bu ayrılıq üzdü bizi,
İpə-sapa düzdü bizi,
Qubarlatdı sevgimizi…
Çağır məni, çağır gəlim!

Aralığa pəl atdılar,
Sənə mənə şər atdılar,
Eşqimizi alçatdılar,
Fitnə-fəsad, mən nə bilim.
Sənə mənə şər atdılar,
Eşqimizi alçatdılar…
Çağır məni, çağır gəlim!

Daha yoxdur canda dözüm…
Hicranına necə dözüm?
Öz evimi yıxdım özüm,
Dilim, olasan dilim-dilim!